Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün Rusiya Federasiyasına silah və hərbi texnikanın göndərilməsi başa çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya MN-in yaydığı məlumatda bildirilir.
“Mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar hüququn qorunması istiqamətində Bakı ilə davamlı əməkdaşlıq davam etdirilir”, – məlumatda qeyd edilib.