Ermənistan vətəndaşı Hisus Abaxyan adlı şəxsin Qarabağda terrorçuluq fəaliyyəti ilə məşğul olmasını əks etdirən görüntü paylaşılıb.
AzerTimes xəbər verir ki, fotoları “Hərbi Azərbaycan” Teleqram kanalı yayıb.
Fotoda xüsusilə Rusiya sülhməramlılarına məxsus PDM-in görünməsi, o zirehli texnikanın “erməni mövqeyinin” yanında olması diqqət çəkib.
Bu, bir daha erməni separatçı-terrorçuların rus sülhməramlıların himayəsində fəaliyyət göstərdiyini təsdiqləyir.