Sülhməramlıların maşın karvanının keçidinə icazə verildi

Sülhməramlıların maşın karvanının keçidinə icazə verildi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus tibb xidməti və hərbi polis avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

AzerTimes xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Xankəndidən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 3 ədəd təminat və təchizat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Teqlər: