Sülhməramlıların əməliyyat zonasının adı dəyişdi

Sülhməramlıların əməliyyat zonasının adı dəyişdi

Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adı “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” adlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində fəaliyyət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

Həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Teqlər: