Sülhməramlıların daha 1 avtomobili Laçına maneəsiz keçdi

Sülhməramlıların daha 1 avtomobili Laçına maneəsiz keçdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

AzerTimes xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.

Teqlər: