Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?…

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?…

Rus sülhməramlıların vaxtından 1,5 il əvvəl Azərbaycanı sakitcə tərk etməyə başlaması ilə bağlı “səbəb axtarışları” sırasında daha bir sensasion iddia irəli sürülüb.

AzerTimes xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, cavab sadə deyil, hətta bir xətt üzrə də deyil, müxtəlif məsələlərin sintezindən doğub – qlobal trendlərlə yanaşı Azərbaycan və Türkiyənin sinxron davranışları, məncə, həlledici olub:

“Azərbaycan dövlət TV-sı anons yaydı, həbsdə olan terrorçu-separatçılardan böyük bir müsahibə aldığını dedi, onlar da, çox güman, sandığı açıb, pambığı tökdüblər – illərdir Kremlin, Moskvanın Azərbaycana qarşı etdiklərini, separatizmə necə dəstək verdiklərini danışıblar, sənədlərlə sübut olunmuş faktlar ortalığa çıxıb. Sonra müsahibə efirə getmədi – əvəzində “rusməramlılar” ölkədən getdi.

Əgər bu şahmat gedişi rol oynayıbsa, bu məsələni düşünüb həyata keçirənlərə eşq olsun!”

Qeyd edək ki, separatçılar AzTV-yə müsahibə verməmişdi, söhbət DTX-nin “Bir günlük əməliyyat: Antiterror” filmindən və bu filmdə separatçıların etiraflarından gedir.

Teqlər: