Sülhməramlılar Xocalını tamamən tərk etdilər

Sülhməramlılar Xocalını tamamən tərk etdilər

Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.

Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Teqlər: