Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adı silinib.
AzerTimes xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi xəritəni sonuncu dəfə 21 iyun 2022-ci il tarixində yeniləyib.
21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Halbuki, 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi “stepanakert” olaraq yazılırdı.
Bu, “Rusiya sülhməramlıları Xankəndini nəzarət zonasından çıxarıb” sualını aktuallaşdırır, lakin bu sualın cavabına dair heç bir açıqlama və ya informasiya yoxdur.