Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya MN-in günlük bülletenində bildirilib.
Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin “məsuliyyət daşıdığı ərazidə” atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.