Sülhməramlılar Mehridə niyə postlar qurur? – Arşakyan

Sülhməramlılar Mehridə niyə postlar qurur? – Arşakyan

Ermənistan-İran sərhədində rus əsgərləri at oynadır. Ermənistanın sərhədlərini qoruyan rus sərhədçilər müəyyən qədər pul müqabilində İrandan gələn narkotik trafikinə göz yumur.

AzerTimes xəbər verir ki, bu sözlərlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“İrandan Ermənistan ərazisinə və oradan da başqa ölkələrə külli miqdarda narkotik keçir. Rus sərhədçilər isə buna pul müqabilində göz yumur. Bu faktı elə rusların özləri aşkar edib. Belə ki, Zəngəzurun Mehri şəhəri istiqamətində rus sülməramlıları postlar qurub və rəsmi açıqlamada İrandan Ermənistan ərazisinə qaçaqmalçılıqla keçirilən narkotiklərin izində olduqlarını bildiriblər. Bəs sülhməramlılar yaddan çıxarıb ki, elə sərhədin özündə də rus əsgərlər durur. Onlar özləri-özlərini niyə belə vururlar? Yoxsa sülhməramlılar öz paylarını istəyirlər?” – o qeyd edib.

Xatırladaq ki, Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur. Ötən gün Rusiya FTX İrandan narkotik gətirilməsində həcmin kəskin artdığını bildirərək, əlavə postlar quraşdırıldığını elan etmişdi.

Teqlər: