Erməni əhalisinin müəyyən hissəsinin Qarabağa qayıtması üçün minimum şanslar qalır. Üstəlik, Rusiya sülhməramlılarını geri çəkməyə tələsmir. Hələ də Bakı ilə Moskva arasındakı ziddiyyətlər üzərində oynamağa davam etmək olar.
AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Argişti Kiviryan deyib.
O bildirib ki, nə qədər çox vaxt keçsə, geri qayıtmaq bir o qədər çətin olacaq:
“Amma bu mümkün deyilsə, Qarabağın “hərbi-siyasi rəhbərliyi” məcburi köçkünlərin problemlərini həll etməlidir”.