Sülhməramlılar funksiyalarını yerin yetirdikdənə sonra Qazaxıstandan çıxarılacaq – Putin

Öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında deyib.

O vurğulayıb ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq.


“Qazaxıstana təhdid etiraz aksiyaları ilə deyil, əlinə silah alanlar tərəfindən yarandı. Qazaxıstan beynəlxalq terrorçuluqla üz-üzə qaldı” – deyə o bildirib.