Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının müşayətilə erməni zəvvarlar Xocavənddə yerləşən Amaras məbədini ziyarət ediblər.
AzerTimes xəbər verir ki, bu barədə sülhməramlı missiyanın Teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, Amaras Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən alban məbədidir. Məbəd Qafqaz Albaniyasında erkən xristianlıq dövründən ən müqəddəs yerlərdən biri kimi ziyarət edilib.