Hər bir ölkənin xarici işlər naziri öz dövlətinin maraqlarına, baxışlarına və təsəvvürlərinə əsaslanan şərhlər verir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentin iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun “Rusiya tərəfləri tələsik sülh bağlamağa sövq etmir” sözlərini şərh edərkən deyib.
“Rusiyalı həmkarım Rusiyaya baxışını təqdim etdi. Mən yalnız Ermənistanın baxışını təsəvvür edə bilərəm, hansı ki, o, indiki halda fərqlidir”, – Mirzoyan bildirib.
O qeyd edib ki, İrəvan Azərbaycanla hərtərəfli sülh müqaviləsinin tezliklə bağlanmasında, eləcə də bütün sahələrdə – istər delimitasiya, istərsə də kommunikasiyaların açılması baxımından münasibətlərin normallaşmasında maraqlıdır.