Ukraynaya silah tədarükü sülhə gedən yoldur.
AzerTimes xəbər verir ki, bu bu barədə Estoniya Baş naziri Kaya Kallas deyib.
“Bir çox ölkənin Ukraynaya yeni və effektiv hərbi yardım göndərdiyi barədə məlumatları gördük. Müttəfiqlərə və partnyorlara çağırışımı yeniləyirəm: ehiyatlarınıza baxın və silahları Ukraynaya göndərin. Bu, sülhə gedən yoldur. Burada əsas məsələ Rusiyanın enerji strukturlarına sanksiyaların gücləndirilməsidir. Məsələn, Rusiya neftinə tətbiq edilən qiymət tavanı daha da aşağı həddə endirilməlidir”, – deyə baş nazir bildirib.