Sülh üçün əlimizdən gələni edirik – Rubinyan

Sülh üçün əlimizdən gələni edirik – Rubinyan

Biz sülh müqaviləsini daha tez bağlamaq üçün əlimizdən gələni edirik, yolların açılmasını təmin etmək üçün mümkün olan hər şeyi edirik.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O, bu yaxınlarda İstanbulda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşdüyünü də xatırladıb:

“İndi sülh müqaviləsinin imzalanmasının mümkün olmasına cəhd edilir və bu istiqamətdə hər şeyi edirik”.

“Danışıqların hansısa mərhələsində vasitəçiyə ehtiyac ola bilərmi” sualına o, belə cavab verib:

“Hər şey mümkündür, lakin indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Danışıqlar zamanı tərəflər özləri də otaqda tək olublar. Formatın nə vaxtsa dəyişəcəyini istisna etmirəm, amma hələlik hər şey belə gedir”.

Ermənistanın Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyaların reqlamentinin ratifikasiyası məsələsində tələsdiyi ilə bağlı fikirlərə münasibət bildirən Rubinyan deyib:

“Niyə tələsməməliyik, yaxşı bir şeyin tez baş verməsini niyə istəməməliyik?

Teqlər: