Sülh sazişində bu prinsiplər vacibdir – Mirzoyan

Sülh sazişində bu prinsiplər vacibdir – Mirzoyan

Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı son təkliflərində həm bir sıra maddələr üzrə müəyyən geriləmə, həm də bir sıra irəliləyiş görünür. Yanvarın 4-də Ermənistan tərəfi Azərbaycana sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini göndərib.

AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə görüşündə deyib.

“Biz bu təkliflər üzərində çox konstruktiv işləmişik və öz təkliflərimizi göndərmişik. Sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlığa ehtiyac duyulan bir məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Əgər ölkələr arasında demarkasiya prosesi uzun müddət çəkə bilərsə, o zaman sülh sazişinin heç olmasa aydın əsası olmalıdır ki, onun əsasında gələcəkdə demarkasiya prosesi davam etdirilsin. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”, – Mirzoyan bildirib.

Teqlər: