Sülh sazişi üzrə razılaşma var, “Qarabağ” isə yoxdur

Sülh sazişi üzrə razılaşma var, “Qarabağ” isə yoxdur

Ermənistan və Azərbaycan arasında sülh sazişi barədə bir sıra təkliflər üzrə konsensus var.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan bunun prosesə mane ola biləcəyinə işarə edərək, təklifləri səsləndirməyib:

“Mən onları səsləndirə bilmirəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi şərtlərdir”.

O bildirib ki, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır:

“Başa düşməliyik ki, müqaviləyə Qarabağla bağlı nəsə daxil edilməsi İrəvanın, erməni xalqının maraqları ilə uyğunlaşırmı? Elə görünməsin ki, biz Qarabağın maraqlarını və erməni əhalisinin hüquqlarını qorumaqdan imtina edirik”.

Teqlər: