Sülh sazişi təşəbbüsü Azərbaycana məxsusdur – Hacıyev

Sülh sazişi təşəbbüsü Azərbaycana məxsusdur – Hacıyev

44 günlük müharibədən sonra sülh sazişi ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfdir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin sualına cavabında deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı sülh mətnini də Azərbaycan hazırlayıb təqdim etmişdi:

“ABŞ və digər dövlətlər də sülh sazişi üçün platformalar təqdim etmişdir. Amma məsələ harada müzakirə aparmaq yox, nəyi müzakirə etməkdir. Sülh sazişini, fikrimcə, 70 faiz razılaşdırmışdıq. Amma hazırda bu, qarşılıqlı proses olmalıdır. Mənfi tendensiyalara görə, təəssüf ki, növbəti danışıqlar Vaşinqtonda baş tutmadı. Amma yenə də biz sülhün mümkün olduğunu düşünürük. Ermənistan da buna cəhd göstərməlidir. Ermənistanın heç bir hərbi birləşməsi bundan sonra Azərbaycan ərazisində olmamalıdır”.

Teqlər: