Kipr Azərbaycanla Ermənistan arasında sülhün bərpa olunması prosesinə öz töhfəsini verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu fikirləri Kipr Respublikasının Prezidenti Nikos Kristodulides Avropa Şurası Parlament Assambleyasınının (AŞPA) qış sessiyası zamanı bildirib.
“Biz bu regionda davamlı sülhə və əmin-amanlığa nail olunmasına öz töhfəmizi verməyə hazırıq. Bu yolda hər bir müsbət addım dəstəklənməlidir. Bütün bu olanlar onu göstərir ki, siyasi çətinliklərə yüngülvari yanaşılmamalıdır”, – N.Kristodulides vurğulayıb.