Azərbaycanla sülh sazişi imzalanacağı təqdirdə Ermənistanda AB-nin monitorinq missiyasına ehtiyac olmaya bilər.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.
“Sülh müqaviləsi imzalananda, delimitasiya və demarkasiya prosesi başa çatanda, regionda sülh hökm sürəndə, bəlkə də monitorinqlərə ehtiyac qalmayacaq. Amma indi bu məsələ müzakirə olunmur”, – o bildirib.