Brüsseldə planlaşdırılan danışıqlarda Ermənistan Baş naziri Nikol Paşinyan iştirak edəcək. Xarici işlər nazirləri səviyyəsində danışıqlar da mayın 19-na planlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
O bildirib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır:
“Vaşinqtonda danışıqların raundundan sonra verilən bəyanatlardan xəbəriniz var. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı mesajlardan başqa yeni heç nə deyə bilmərəm”.