Sülh müqaviləsi imzalamaqla regionda sühü təmin edə bilərik – Hikmət Hacıyev

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan torpaqları işğalda idi, ancaq artıq bütün bunlar dəyişib, Azərbaycanın uğurlu əməliyyatı nəticəsində erməniləri sülhə məcbur etdi və öz ərazi bütövlüyünü təmin etdi.

AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Minsk qrupunun səylərinə baxmayaraq münaqişənin həllində heç bir nəticəyə gəlinmədi: “Artıq Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. İndi bu münaqişə Azərbaycanın gündəminə daxil deyil. Azrbaycanla Ermənistan arasında birbaşa əlaqə yoxdur. Lakin nəqliyyat infrastukturnun, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində çalışırıq. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdi. Biz sülh müqaviləsinin imzalanmasında iddialıyıq. Bu cür nümunlər dünyada var, misal üçün Almaniya ilə Fransa arasında imzalanan sülh müqaviləsi. Biz sülh müqaviləsi imzalamaqla regionda sühü təmin edə bilərik”.

Teqlər: