Sülh formulu 10 bənddən ibarətdir – Zelenski

Sülh formulu 10 bənddən ibarətdir – Zelenski

Ukrayna bayrağını bütün şəhərlərə və icmalara qaytarmaq, eləcə də bu müharibəyə görə terror dövlətinin real məsuliyyətini təmin etmək lazımdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Xatırladıram ki, sülhün formulu on bənddən ibarətdir – nüvə təhlükəsizliyindən tutmuş dövlətimizin ərazi bütövlüyünün bərpasına, enerji təhlükəsizliyindən tutmuş Rusiya ərazisində saxlanılan bütün hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin geri qaytarılmasına qədər. Bu, indi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir – dünyanı sülh formulunun bəndlərinin konkret həyata keçirilməsinə cəlb etməkdir”, – Zelenski qeyd edib.

Teqlər: