Sülh danışıqları Rusiyada olmayacaq, çünki Bakı… – Qriqoryan

Sülh danışıqları Rusiyada olmayacaq, çünki Bakı… – Qriqoryan

Bakı Ermənistanla danışıqları Rusiya meydançasında aparmayacaq, çünki indiki ikitərəfli format Azərbaycan tərəfinin ideyasıdır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

“Hazırkı format onsuz da Azərbaycana mühüm üstünlüklər verir. Biz Ermənistan tərəfinin delimitasiya və demarkasiya məsələlərində birtərəfli güzəştlərini gördük. Başqa məsələlərlə bağlı İrəvan yenə də Bakının tələblərini qəbul etməyə hazırdır. İndi Bakı sadəcə İrəvanı istifadə edir ki, Moskvanın vasitəçilik təşəbbüsünü rədd eləsin”, – deyə o bildirib.

O vurğulayıb ki, Sergey Lavrovun sözlərinə İrəvanın dərhal reaksiyası Rusiya meydançasında danışıqlar keçirilməsi ehtimalını sıfırladı.

Teqlər: