Sülh bağlansa, Ermənistandakı missiyanı geri çağıracağıq

Sülh bağlansa, Ermənistandakı missiyanı geri çağıracağıq

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzərində iş bu il başa çatdırıla bilər.

AzerTimes xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Uzun illər bu proses üzərində işləyən biri kimi əminəm ki, bu il buna nail olmaq olar. Uzunmüddətli sülhün bərqərar olması üçün bütün tərəflər üçün ədalətli bir razılaşma əldə etmək lazımdır”, – o bildirib.

Klaar qeyd edib ki, Bakı və İrəvan kontekstində artıq bağlanmış sazişlərə, o cümlədən 1991-ci ildə Almatı bəyannaməsi imzalanan zaman Azərbaycan və Ermənistan SSR arasında demarkasiya xətləri əsasında sərhədlərin delimitasiyasına arxalanmaq lazımdır:

“Sazişdə insanların və malların, o cümlədən Ermənistanın cənubundan Azərbaycanın əsas hissəsindən Naxçıvana keçməsi üçün sərhədin açılması nəzərdə tutulmalıdır. AB sərhədləri açmaq və Ermənistanla nəqliyyat əlaqələrini bərpa etməklə sülhə töhfə vermək üçün müstəsna imkana malik Türkiyənin roluna böyük əhəmiyyət verir. Sülh yolu ilə nizamlanma təkcə birbaşa iştirak edən ölkələrə deyil, həm də AB ölkələrinə fayda gətirəcək, Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat dəhlizinin etibarlılığını təmin edəcək. Belə bir addım AB-yə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyət göstərəcəyinə inam yaradacaq. Bu halda AB, həmçinin Birliyin regionda iştirakını göstərmək üçün Ermənistandan yerləşdirilən mülki müşahidəçi missiyasını da geri qaytara biləcək”.

Teqlər: