Rauf Hüseynov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R.Hüseynov uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan Azərbaycan Sənaye Korporasiyası ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək AzərTürkBank ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.