Türkiyə daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Səfa Dönməz qətlə yetirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, ötən gün axşam saatlarında Trabzonda silahlı hücum nəticəsində Dönməz həyatını itirib. Belə ki, Fateh U. ilə Səfa Dönməz arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönməzə 5 dəfə atəş açıb.
Yaralı Of Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs polisə təslim olub.