Süleyman Soylu azərbaycanlı xilasedicilərlə görüşdü

Süleyman Soylu azərbaycanlı xilasedicilərlə görüşdü

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzinə gəlib.

AzerTimes Report-a istinadla xəbər verir ki, nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Süleyman Soyluya şəraitlə bağlı məlumat verilib.

Daxili işlər naziri Azərbaycanın xilasedicilərinə gördükləri işlərlə bağlı təşəkkür edib.

Teqlər: