Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində silahlı insident baş verib.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib. Silahlı şəxs qayınatasını öldürüb, qaynını isə yaralayıb.
Həbs edildiyi bildirilən cinayətkarın kimliyi açıqlanmayıb.