Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter” (Tayfun) qırıcıları Baltik dənizi üzərində Rusiyaya məxsus olduğu iddia edilən hərbi təyyarələrin aşkarlanması səbəbindən səmaya qalxıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb.
“Baltik dənizi üzərində uçuş xəbərdarlığı edilib və bu gün çevik reaksiya qüvvələrimiz Latviyada beş Rusiya təyyarəsini eyni anda müəyyən etmək üçün xəbərdarlıq alıb”, – məlumatda deyilir.
Alman ordusu aşkarlanan təyyarələrin uçuş planı olmadan uçduğunu iddia edir. Almaniya Hərbi Hava Qüvvələri qeyd edib ki, bu təyyarələr transponderlərini söndürüblər.
Nəticədə Almaniya qırıcıları Baltik üzərində bir ədəd Su-35 və dörd ədəd Su-30-u müşayiət edib.