Mahaçqala hava limanında baş verənlər son dərəcə narahatedicidir.
AzerTimes xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq Almaniyanın “Velt”qəzetinə müsahibəsində deyib.
“Baş verənlər bütün hökumətləri narahat etməlidir. Çünki bu, sırf antisemitizmdir və əlbəttə ki, nəzarət altındadır. Bu, qırğına oxşayırdı. Allaha şükürlər olsun ki, hakimiyyət bunun qarşısını aldı”, – Hersoq bildirib.
Qeyd edək ki, 29 oktyabrda Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.