Sui-qəsd cəhdi: Qurulmuş oyun, yoxsa?..

Sui-qəsd cəhdi: Qurulmuş oyun, yoxsa?..

Tramp sui-qəsdi qlobalçılarla “dərin Amerikanın” ABŞ-ın, həm də dünyanın gələcəyi uğrunda mübarizəsinin açıq səhnəsi kimi görünür.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi haqda bildirib.

“Təşkilatçının hansı olduğunu demək çətindir, çünki hər iki tərəfin maraqları var:

– qlobalçılar (demokratlar) Trampın qaçılmaz dönüşünün qarşısını almaq istəyir;

– “öncə Amerika” tərəfdarları “uğursuz sui-qəsd cəhdi” ilə Trampın önünü açırlar.

Nəticə demokratların əleyhinədir. Bu sui-qəsd cəhdi seçki marafonunda Trampın “əlini gücləndirəcək”. Bu baxımdan, sui-qəsd səhnəsində ikincilərin – “dərin Amerika” adlandıra biləcəyimiz tərəfin maraqları daha qabarıq görünür”, – o vurğulayıb.

Qeyd edək ki, 13 iyulda Pensilvaniyada Trampa bir neçə atəş açılıb. Siyasətçi yüngül xəsarətlə xilas ola bilib.

Teqlər: