Sudanın baş naziri Abdullah Hamduk yaxın bir neçə saat ərzində istefa vermək niyyəti barədə bir sıra siyasətçilərə məlumat verib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Hamdukun həmsöhbətləri onu postunu tərk etməməyə çağırsalar da, o, fikrindən dönməyib.
Oktyabrın 25-nə keçən gecə Sudanda aktiv etirazlarla müşayiət olunan siyasi böhranın qızğın çağında hərbçilər baş nazir A.Hamdukun başçılıq etdiyi bir qrup yüksək rütbəli məmuru həbs edərək, mülki nümayəndələri hakimiyyətdən tamamilə uzaqlaşdırdılar.