Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmaların başlamasından bəri 250-dən çox dinc sakin ölüb, 1454 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Sudan Həkimlər İttifaqı məlumat verib.
Qeyd edilib ki, toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 256-ya yüksəlib.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.