Sudanda, Suriyada etdiklərini unudublar? – Putin

Sudanda, Suriyada etdiklərini unudublar? – Putin

Qərb ölkələrinin istənilən beynəlxalq münaqişədə müstəsna olaraq öz maraqlarından çıxış etməsinə baxmayaraq, Rusiya Ukrayna ətrafında vəziyyəti sülh yolu ilə həll etmək yollarını axtarmağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Afrika liderləri ilə görüşündə bildirib.

“Sudanda vəziyyəti bərbad vəziyyətə saldıqlarını unutdular? Suriyada etdiklərini unutdular? BMT Nizamnaməsinə heç bir əhəmiyyət vermirlər, beynəlxalq hüququ yalnız o zaman xatırlayırlar ki, bu alətlərdən kiməsə, indiki halda, Rusiyaya qarşı istifadə oluna bilər. Onlar uğur qazana bilməyəcəklər, bu, çox primitivdir. Əgər həqiqətən də kiminsə BMT Nizamnaməsinə və digər beynəlxalq hüquq aktlarına əməl etməsini istəyirlərsə, qoy bu normaları özləri yerinə yetirmək üçün əziyyət çəksinlər. Lakin bu, o demək deyil ki, biz heç bir münaqişənin sülh yolu ilə həllini istəmirik və buna çalışmırıq”, – Putin deyib.

Putin Afrika dövlətlərinin başçılarına müraciətində qeyd edib:

“Sizin yanaşmanız, ideyalarınız – bütün bunlar Ukrayna ətrafında vəziyyəti həll etmək üçün fevralda Çinin təqdim etdiyi sülh planının müddəaları ilə üst-üstə düşür”.

Teqlər: