Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən silahlı qarşıdurmalarda 413 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, toqquşmalar zamanı 3551 nəfər isə yaralanıb.
Qeyd edək ki, Sudanda aprelin 15-dən ordu və xüsusi təyinatlılar arasında qarşıdurma davam edir.