Sudanın paytaxtı Xartumda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar davam edir.
AzerTimes xəbər verir ki, bu barədə “Al Hadath” kanalı məlumat yayıb.
Son məlumata görə, ölkədə baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb, 595 nəfər də yaralanan var.
Hazırda döyüşlər şəhərin müxtəlif rayonlarında gedir.
Qeyd edək ki, dünən Sudan xüsusi təyinatlıları Əl-Faşer beynəlxalq hava limanını, Meroş və Cebel Auliya şəhərlərində yerləşən iki hərbi hava bazasını nəzarətə götürmüşdü.