Xəbər - Orxan Nəbiyev – Trend:
Sudanda hakimiyyətdə olan Suveren Şuranın rəhbəri, ordu generalı Əbdül Fəttah əl-Burhan ölkədə fövqəladə vəziyyət elan edib.
Trend-in məlumatına görə, eyni zamanda şuranın və mövcud hökumətin istefaya getdiyi elan edilib.
O, ölkədə baş vermiş çevrilişdən sonra xalqa müraciət edərək parlament seçkilərinin keçiriləcəyini və yeni hökumətin formalaşdırılacağını vəd edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Sudanda hərbi çevriliş baş verib. Baş nazir Abdullah Hamduk və daha dörd nazir saxlanılıb.
Xatırladaq ki, Sudanda 2019-cu ilin aprelində çevriliş baş vermiş, prezident Ömər əl-Bəşir vəzifədən uzaqlaşdırılmışdı. Bu ilin senyabr ayında isə daha bir çevriliş cəhdinin qarşısı alınmışdı.