Sudanda davam edən hərbi əməliyyatlar fonunda kəskin ərzaq, su, yanacaq və dərman çatışmazlığı yaranıb, bu malların qiymətləri dəfələrlə artıb.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat yayıb.
Qıtlıq Xartum və ətraf rayonlarda daha kəskindir. Hərbi əməliyyatlar şəraitində nağd pul əldə etmək asan deyil. Daha əvvəl bankların bağlandığı, bank proqramlarının isə xətalarla işlədiyi bildirilmişdi.
Qeyd edilib ki, yüzminlərlə sudanlı zorakılıqdan qurtulmaq üçün qonşu ölkələrə qaçır.