Sudanda etiraz aksiyası zamanı 5 nəfər ölüb

Sudanın Xartum və Omdurman şəhərlərində etiraz aksiyaları zamanı ölənlərin sayı artıb.

AzerTimes-ın Sudanın Mərkəzi Həkimlər Komitəsinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Daha əvvəl 1 nəfərin öldüyü bildirilirdi.


Qeyd edək ki, Sudanın Xartum və Omdurman şəhərlərində ölkədə hərbi çevriliş edən hərbçilərin fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilir.