Sudanda vəba epidemiyası başlayıb.
AzerTimes xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qeydə alınan yoluxma hallarının sayı 11 327-ə çatıb, ölənlərin sayı 317-dir. Lakin bu, real mənzərə deyil.
ÜST mütəxəssisləri hesab edir ki, real mənzərə daha acınacaqlıdır.
Xəstəlik natəmiz su və qidadan keçir və insana lazımi tibbi yardım göstərilmədikdə bir neçə saat ərzində ölümə səbəb olur. Vəba epidemiyaları tez-tez humanitar fəlakət baş verən, infrastrukturun dağıldığı, təmiz suya çıxışın və sanitar-gigiyenik tələblərin olmadığı bölgələrdə yayılır.