Sudanda 200 nəfər bu səbəbdən dolayı öldürülüb

Sudanda 200 nəfər bu səbəbdən dolayı öldürülüb

Sudanın hərbiləşdirilmiş birləşmələri – Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmələr nəticəsində 200-dən çox şəxs öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Şimali və Qərbi Darfurun bəzi bölgələrində üsyançılar mülki əhalini etnik mənsubiyyətə görə məqsədli şəkildə öldürüb.

Sudanın həkimlər təşkilatı bu hücumları beynəlxalq humanitar hüquq və insan haqları normalarının kobud pozuntusu kimi qiymətləndirib.

Çevik Reaksiya Qüvvələrinin nümayəndələri hələ ki heç bir açıqlama verməyiblər.

Teqlər: