Sudan rəhbəri ölkədəki böhranın həlli üçün ümumi siyasi dialoq təşəbbüsü ilə çıxış edib

Sudanın Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan ölkədə
böhranın həlli üçün ümumi siyasi dialoqun başladığını elan
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Al Arabiya” televiziya kanalı
bildirib.

Onun sözlərinə görə, sudanlılar ədalətli seçkilərin keçirilməsi
üçün bütün tərəflərlə konsensusa nail olmağa çalışacaqlar:

“Sudan xalqı onları kimin idarə edəcəyinə seçkilər yolu ilə özü
qərar verəcək”.