Sudan hakimiyyəti Qırmızı dənizdə Rusiya bazasının yaradılması barədə razılaşmanı müvəqqəti olaraq dayandırıb.
AzerTimes-ın İnterfaksa istinadən verdiyi məlumata görə, Sudan həmçinin Qırmızı dəniz limanlarında rus hərbçilərinin hər hansı bir yeni yerləşdirilmələrini də dayandırır.
Xatırladaq ki, hazırda Rusiyanın xaricdə bir tək Suriyanın Tartus limanında hərbi-dəniz bazası var.