Sudan ordusu razılaşdı: humanitar dəhliz açılır

Sudan ordusu razılaşdı: humanitar dəhliz açılır

Sudan ordusu bazar günü axşam üç saat ərzində humanitar dəhlizlərin açılmasına razılıq verib.

AzerTimes xəbər verir ki, bu barədə silahlı qüvvələrin bəyanatında deyilir.

“Sudan Silahlı Qüvvələri BMT-nin humanitar yardımlar üçün təhlükəsiz keçidlərin saat 16:00-dan başlayaraq üç saat ərzində açılması təklifi ilə razılaşır”,- məlumatda deyilir.

Qeyd edək ki, Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər başlayıb. Sudan Çevik Reaksiya Qüvvələri Xartumdakı Respublika Sarayını (prezident sarayı), paytaxtın beynəlxalq hava limanını və ölkənin şimalındakı Meroe şəhərindəki aviabazanı nəzarətə götürdüyünü bildirib.

Teqlər: