Sudan Silahlı Qüvvələri hazırda Darfurun qərb bölgəsinin bir neçə ərazisi istisna olmaqla, ölkənin bütün ərazisinə nəzarəti bərpa edib.
AzerTimes xəbər verir ki, bu barədə Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan bildirib.
Burhan Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Hamdan Daqalo ilə görüşdən də imtina edib.