Sudan ödənişli istifadə qaydaları təsdiqlənib

“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”
təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.

​Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su
obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər
tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata
keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay
müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etməlidir.

Naxçıvan Muxtar Respublikası üzrə sudan ödənişli istifadə
qaydaları bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə
alınmaqla müəyyən edilir.

Tarif (qiymət) Şurası bu Qərarla ilə təsdiq edilən Qaydalara
uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində
müəyyən etməlidir.

Bu Qərarla təsdiq edilən Qaydalar nəzərdə tutulan sudan istifadə
haqqı (tariflər) təsdiq edildikdən sonra qüvvəyə minir.

Teqlər: