Bu gün səhər saatlarında Sudan lideri, ölkənin Suveren Şurasının rəhbəri Əbdül Fəttah Əl-Burhana sui-qəsd cəhdi edilib.
AzerTimes xəbər verir ki,bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Əl-Burhan ölkənin şərqində yerləşən hərbi hissələrin birində olarkən PUA hücumuna məruz qalıb.
Hücum nəticəsində Əl-Burhan sağ qalsa da, 5 nəfər ölüb.
Hadisə ilə bağlı məsuliyyəti heç bir qurum öz üzərinə götürməyib.
İki PUA məhv edilib.