Ukrayna Kursk vilayətində humanitar dəhlizlər açacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, humanitar dəhlizlə ələ keçirilən ərazilərdəki mülki əhalinin Ukrayna və ya Rusiyaya təxliyəsinə imkan yaranacaq.
Qeyd edək ki, Sucada mülki əhalinin zirzəmilərdə gizləndiyini əks etdirən görüntülər də yayılıb.